Böyük Britaniyada “TikTok” sosial şəbəkəsi məhkəməyə verilib
London, 22 aprel, AZƏRTAC
Böyük Britaniyada Uşaq Komissiyasının keçmiş üzvü “TikTok” sosial şəbəkəsini məhkəməyə verib.
Uşaq Komissiyasının keçmiş üzvü Anne Longfild “TikTok”un uşaqların telefon nömrələrinin, videolarının, olduqları yerlərin və biometrik məlumatlarının kifayət qədər xəbərdarlıq etmədən topladığını iddia edib.
Longfild “TikTok”un bu məlumatları toplayarkən kifayət qədər şəffaf davranmadığını, qanunla tələb olunan icazələri almadığını, valideynlərə və uşaqlara bu məlumatları necə istifadə edəcəyi barədə məlumat vermədiyini açıqlayıb.
Əgər sosial şəbəkənin məhkəmədə günahkar olduğu təsdiqlənərsə, zərər çəkən hər bir uşaq adına şirkətdən təzminat tələb ediləcək.
2019-cu ildə ABŞ-dakı Federal Ticarət Komissiyası da uşaqların məlumatlarının toplanmasına görə şirkəti 5 milyon dollar cərimələmişdi.
Videopaylaşma tətbiqi olan “TikTok”un dünya üzrə 800 milyondan çox istifadəçisi var. Tətbiqin əsas şirkəti olan “ByteDance”, keçən il reklam gəlirlərindən 37 milyard dollar qazandıqlarını açıqlamışdı.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]