“Böyük dəbilqə” turnirinin qaliblərini Tbilisidə Qran-pri yarışları gözləyir
Bakı 27 mart, AZƏRTAC
Martın 31-dən aprelin 2-dək Gürcüstanın paytaxtında cüdo üzrə Qran-pri yarışlarında Azərbaycan komandası da iştirak edəcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan komandasının heyətinə 18 idmançı, o cümlədən Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi Rüfət İsmayılov (81 kq) daxildir.
Gürcüstan paytaxtında tatami üzərinə Sahib Əsgərov, Mehman Sadıqov (hər ikisi 60 kq), Emil Həsənov, İlkin Babazadə (hər ikisi 66 kq), Elvin Mustafayev, Telman Vəliyev (hər ikisi 73 kq), Afiq Səfərli (81 kq), Əbdülhaqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Sənan Əhmədov (hər ikisi 100 kq) çıxacaqlar.
Qadın cüdoçuların yarışlarında Azərbaycan komandasını 6 idmançı, o cümlədən Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin bürünc medalçısı Xanım Hüseynova (63 kq) təmsil edəcək. Onunla birlikdə Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zahirova (57 kq), Nuriyyə Axundova (63 kq) və Günel Həsənli (78 kq) Tbilisiyə yola düşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]