BQXK-nın avtomobilləri Laçın istiqamətinə maneəsiz keçib
Şuşa, 11 fevral, Elmir Səftərov, AZƏRTAC
Ekoaksiyanın iştirakçıları fevralın 11-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını bir daha göstərir.