BQXK-nin Bərdə ofisində media nümayəndələri üçün məlumat sessiyası keçirilib
Bərdə, 7 iyul, AZƏRTAC
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə şəhərində media nümayəndələri üçün bir günlük məlumat sessiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə BQXK-nin mandatı və fəaliyyət istiqamətləri, 2020-ci ildə həyata keçirdiyi layihələr, müxtəlif proqramların fəaliyyətlərinə dair məlumatlar təqdim olunub. İtkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması və saxlanılmış şəxslərlə bağlı fəaliyyətlərlə bağlı təqdimatlar edilib.
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlahə Hüseynova bildirib ki, tədbirin məqsədi bölgədə fəaliyyət göstərən media nümayəndələrinə beynəlxalq humanitar hüququn əsasları, komitənin Azərbaycan nümayəndəliyinin gördüyü işlər, münaqişənin təsir etdiyi ərazilərdə qurumun fəaliyyəti barədə məlumat verməkdir.
Seminarda fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.