SİYASƏT
BQXK-nın səkkiz avtomobili Laçına maneəsiz keçib
Şuşa, 24 mart, Elmir Səftərov, AZƏRTAC
Ekoaksiyanın iştirakçıları martın 24-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus bir yük və yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.