“Braqa”nın müdafiəçisi: “Qarabağ”ı məğlub edəcəyimizə inanırıq
Bakı, 19 fevral, AZƏRTAC
“Növbəti oyunlarda özünəinamı qaytarmaq baxımından bu qələbə çox vacib idi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Joze Fonte Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
41 yaşlı müdafiəçi bu matçda qazanılan qalibiyyətin gələcək oyunlar üçün stimul olduğunu bildirib: “İstəyimiz son zamanlar əldə olunan uğursuz nəticələrdən sonra azarkeşləri sevindirmək idi. Əlbəttə, heç kim məğlub olmaq istəmir. Bütün oyunlarda qələbə qazanmaq da mümkün deyil”.
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşünə də toxunan təcrübəli oyunçu əlavə edib: “Növbəti mərhələyə vəsiqə qazanmaq üçün qarşımızda çətin vəzifə var. Ancaq “Qarabağ”ı məğlub edəcəyimizə və mərhələ adlayacağımıza inanırıq. Bütün diqqətimizi bu oyuna yönəltmişik”.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]