BRAZİLİYA FUTBOLÇULARI HAİTİDƏ SÜLHMƏRAMLI GÖRÜŞ KEÇİRMİŞLƏR
Braziliya futbolçuları həmin görüşə həmyerlilərinin də daxil olduğu BMT sülhməramlılarından ibarət mühafizə dəstəsinin müşayiəti ilə gəlmişdilər. Vertolyotlar Port-o-Prensdəki stadion üzərində dövrə vururdular.
Matç “Onlar oynayırlar-sülh qalib gəlir” şüarı altında keçmişdir. Tədbirdən məqsəd Haitidə əmin-amanlığı və həmrəyliyi bərpa etmək idi.
Braziliya Prezidenti Luis İqnasio Lula da Silva futbolçulardan xahiş etmişdi ki, həddindən çox qol vurub, Haiti əhalisinin əhval-ruhiyyəsini pozmasınlar.
Haitinin Baş naziri Jerar Latortü isə ölkə yığma komandasının ilk qolu vuran oyunçusuna 1 min dollar verəcəyini vəd etmişdir. Amma bu pul onun cibində qaldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:18]
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
- 23.09.2026 [16:04]
Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]