MƏDƏNİYYƏT
Braziliya Prezidenti beynəlxalq ticarətdə dolların alternativi barədə çıxış edib
Bakı, 14 aprel, AZƏRTAC
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva beynəlxalq ticarətdə dolların üstünlüyünə qarşı çıxış edib, ticarəti milli valyutalarda inkişaf etdirmək və yeni maliyyə alətləri yaratmaq barədə təkli irəli sürüb.
O, Yeni İnkişaf Bankının (NDB, BRICS Bank) mənzil-qərargahında keçirilən tədbir zamanı deyib: “Hər axşam özümə sual verirəm: niyə ticarətdə bütün ölkələr dollara bağlanmalıdır? Niyə biz bunu valyutalarımıza bağlaya bilmirik?... Ümumiyyətlə, kim belə qərara gəldi ki, qızıl standartından imtina etdikdən sonra valyuta yuan, real və ya peso deyil, dollar olmalıdır?”.
Siyasətçinin fikrincə, belə vəziyyət inkişaf etməkdə olan ölkələrin maraqlarına cavab vermir. Mərkəzi banklar alternativ hesablaşma mexanizmlərini işləyib hazırlaya bilərdi.
Lula da Silva Lula da Silva NDB-yə BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda dollara alternativ üzərində düşünməyi təklif edib. O, bunun çətin və çoxları üçün qeyri-adi olduğunu etiraf edib və bu məsələdə tələsməməyi vurğulayıb.