BRAZİLİYA ŞİRKƏTİ QARA DƏNİZDƏ ZƏNGİN NEFT VƏ QAZ EHTİYATLARININ OLDUĞU QƏNAƏTİNDƏDİR
Jurnalistlərə verdiyi müsahibəsində təmsil etdiyi şirkətin dənizin dibində kəşfiyyat işlərinin aparılması üzrə böyük təcrübəyə malik olduğunu diqqətə çatdıran Nestor Servero, öz texniki imkanlarını Qara dənizdəki yüksək karbohidrogen ehtiyatlarının meydana çıxarılmasına yönəldəcəklərini bildirmişdir. Məhz bu ehtiyatların mövcudluğuna inandıqları üçün buraya sərmayə yatıracaqlarını qeyd edən Nestor bu günə qədər apardıqları bütün kəşfiyyat işlərinin uğurla nəticələndiyini söyləmişdir.
Təbii qazın olduğu yerlərdə neftin də olduğunu bildirən braziliyalı iş adamı, Braziliyada neft yataqlarının kəşfi sayəsində bu ölkənin xarici neft bazarlarından asılılığına son qoyulduğunu, Qara dəniz sahillərindən neft tapılarsa, Türkiyənin də bu cür asılılıqdan qurtulacağını vurğulamışdır. O, Kırklareli və Sinop bölgələrində tezliklə seysmik araşdırmalara başlayacaqlarını da söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]