İDMAN
Braziliya yığması futbol üzrə Amerika Kubokunun finalına yüksəlib
![Braziliya yığması futbol üzrə Amerika Kubokunun finalına yüksəlib](/files/2019/2/1200x630/15621350302770320551_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Amerika kubokunun ilk yarımfinal görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, iki əzəli rəqib Braziliya və Argentina yığmaları üz-üzə gəlib. Görüş Braziliya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qol matçın 19-cu dəqiqəsində vurulub. Qabriel Jesuz Roberto Firminonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Görüşün 71-ci dəqiqəsində braziliyalılar fərqi iki topa çatdırıblar. Roberto Firmino adını tabloya yazdırıb.
Braziliya Argentina yığmasına qalib gələrək Amerika Kubokunun ilk finalçısı olub. Bundan sonra Braziliya Çili və Peru qarşılaşmasının qalibi ilə finalda görüşəcək. Həmin görüş iyulun 4-də gecə saat 04:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.07.2024 [15:23]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib
- 05.07.2024 [15:01]
UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib
- 05.07.2024 [14:52]
İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib
- 05.07.2024 [14:30]
Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb
- 05.07.2024 [14:06]
Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub
- 05.07.2024 [13:16]
Fransa klubu Olimpiya Oyunlarının qalibi ilə müqavilə bağlayıb
- 05.07.2024 [12:30]