Braziliyada ötən il işsizlik səviyyəsi 7,8 faiz təşkil edib
Bakı, 18 fevral, AZƏRTAC
Braziliyada ötən il işsizlik səviyyəsi 2022-ci illə müqayisədə 1,8 faiz azalaraq 7,8 faiz təşkil edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Braziliyanın Coğrafiya və Statistika İnstitutu məlumat yayıb.
“2023-cü ildə Braziliyada işsizlərin sayı 8,5 milyon nəfər olub, məşğul əhalinin sayı isə 2022-ci illə müqayisədə 3,8 faiz artaraq 100,7 milyon nəfərə çatıb”, - deyə məlumatda bildirilir.
Ötən il Braziliyanın 27 federal vahidindən 26-da işsizlik səviyyəsində azalma qeydə alınıb, yeganə artım isə ölkənin şimaldakı Roraima əyalətində müşahidə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]