Britaniya hökuməti sərhəd və immiqrasiya sistemini rəqəmsallaşdırır
London, 10 sentyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti təhlükəsizliyi artırmaq üçün sərhəd və immiqrasiya sistemini rəqəmsallaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Böyük Britaniyaya səyahət edərkən vizaya ehtiyacı olmayan ölkələrin vətəndaşları indi Britaniyaya daxil olmadan əvvəl səyahət icazəsi almalıdırlar. Bu ya Elektron Səyahət İcazəsi (ETA) və ya eVisa vasitəsilə ola bilər.
Elektron Səyahət İcazəsi rəqəmsal olaraq səyahətçinin pasportu ilə əlaqələndirilir və insanların Böyük Britaniyaya səyahətinə başlamazdan əvvəl daha möhkəm təhlükəsizlik yoxlamalarının aparılmasını təmin edəcək. ETA-nın qiyməti 10 funt sterlinq olacaq və iki il müddətinə, ya da pasportun müddəti bitənədək Böyük Britaniyada altı aya qədər qalmağa imkan verəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]