Britaniya kraliçası II Elizabetin həyat yoldaşı şahzadə Filip vəfat edib
Bakı, 9 aprel, AZƏRTAC
Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filip ömrünün 100-cü ilində vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bukingem sarayı “Twitter” səhifəsində məlumat yayıb. “Əlahəzrət kralıça sevimli əri, Edinburq hersoqu şahzadə Filipin vəfat etdiyini dərin hüznlə elan etdi”, - deyə məlumatda bildirilir.
Şahzadə bu gün səhər saatlarında Britaniya monarxlarının iqamətgahı olan Vindzor qəsrində dünyasını dəyişib.
Kraliçanın həyat yoldaşı 2017-ci ildən kütləvi tədbirlərdə iştirakdan imtina etmişdi. KİV-lərin məlumatına görə, fevralın ortalarında xəstəxanaya yerləşdirilən şahzadənin ürəyində uğurlu əməliyyat aparılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]