BRİTANİYA PARLAMENTİNDƏ UİNSTON ÇÖRÇİLLİN HEYKƏLİNƏ ƏL VURMAQ QADAĞAN EDİLMİŞDİR
Britaniya parlamentinin İcmalar palatasında 1940-1945-ci və 1951-1955-ci illərdə İngiltərənin Baş naziri olmuş Uinston Çörçillin tunc heykəlinə əl vurmaq qəti qadağan edilmişdir. AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, baş iclas salonunun girəcəyində qoyulmuş heykəl deputatların əksəriyyəti üçün talismana çevrilmişdir. Onlar heykəlin ayaqqabısına əl sürtməyin uğur gətirdiyinə əmindirlər.
Nəticədə heykəlin ayaq hissəsində dəlik əmələ gəlmişdir. Odur ki, palatanın rəhbərliyi Çörçillə əl vurmağı qadağan etmişdir.
Bu tarixi şəxsiyyətin heykəli parlamentdə 1970-ci ildə qoyulmuşdur. Əks tərəfdə isə Britaniyanın digər məşhur Baş naziri, liberal Lloyd Corcun heykəli var. Lakin hələlik ona əl vurmaq adəti yaranmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]