Britaniya polisi karantin qaydalarını pozanları sərt cəzalandıracaq
London, 12 yanvar, AZƏRTAC
Böyük Britaniya polisi karantin qaydalarını pozan şəxsləri sərt cəzalandıracaq.
AZƏRTAC xəbər verir ki, Krallıqda virusa yoluxanların sayı artdığı üçün polis qaydaları pozan şəxslərə qarşı daha sərt addımlar atacağını açıqlayıb.
Daxili işlər naziri Kit Malthaus qanunları pozan şəxslərin cərimələnəcəklərini və sərt cəzaların tətbiq ediləcəyini söyləyib.
O, yoluxma sayının artmasının əsas səbəbi kimi, vətəndaşların qaydalara tam əməl etməmələrini göstərib.
Qeyd edək ki, indiyədək ölkədə koronavirusdan 81 min 960 nəfər həyatını itirib. Virusa yoluxanların sayı 3 milyonu ötüb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]