Britaniya saytında Bakıda keçirilmiş turizm tədbiri haqqında məqalə yayımlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Bakıda turizm biznesinin professionalları üçün keçirilmiş “B2B Luxury & MICE Workshop” adlı işgüzar görüş haqqında Böyük Britaniyanın “www.traveldailynews.com” saytında məqalə yayımlanıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə işgüzar görüşdə 120 yerli turizm şirkəti və 40-dan çox xarici şirkətin nümayəndəsinin iştirak etdiyi qeyd olunub. Həmçinin tədbirin Böyük Britaniyanın “TMİ Consultancy” şirkəti ilə yerli azərbaycanlı mütəxəssislərin birgə təşkil etdikləri də bildirilib.
Tədbirin iştirakçıları Azərbaycanın qabaqcıl turizm şirkətləri, beynəlxalq otellər şəbəkələrinin, Fransa, Yunanıstan, İtaliya, İspaniya, İsveçrə kimi bir sıra xarici dövlətlərin turizm ofisləri və turoperatorların nümayəndələri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]