Britaniya Türkiyə ilə birgə taxıl sazişinin bərpası üzərində çalışır
Bakı, 25 iyul, AZƏRTAC
Böyük Britaniya taxıl sazişinin bərpası üzrə Türkiyə ilə sıx əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının nəticələrinə dair Böyük Britaniya Nazirlər Kabineti rəhbərinin dəftərxanası tərəfindən yayılan bəyanatda deyilir.
“Qara dəniz təşəbbüsü ilə bağlı müzakirələr zamanı Ukrayna taxılının dünya bazarına çıxarılmasının vacibliyi barədə razılığa gəlinib. Baş nazir Rişi Sunak taxıl sazişinin bərpası üçün Türkiyə ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb”, - deyə sənəddə bildirilir.
Rişi Sunak Britaniyanın BMT Təhlükəsizlik Şurasının sədri olaraq, Rusiyanın hərəkətlərini qınamağa davam edəcəyini də vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]