Britaniya və Ukrayna müdafiə və sənaye əməkdaşlığına dair yeni saziş imzalayıblar
London, 10 aprel, AZƏRTAC
Böyük Britaniya və Ukrayna müdafiə və sənaye əməkdaşlığına dair yeni saziş imzalayıblar.
AZƏRTAC xəbər verir ki, saziş Böyük Britaniyanın Ukraynaya ən böyük ticarət missiyası zamanı Kiyevdə imzalanıb. Britaniyanın 29 şirkətindən ibarət nümayəndə heyəti öz təcrübələri haqqında danışmaq və əməkdaşlıq imkanları tapmaq üçün bu ölkəyə səfər edib.
Sazişə görə Böyük Britaniyanın bəzi ən böyük müdafiə şirkətləri Ukrayna Silahlı Qüvvələri və Ukrayna şirkətləri arasında strateji hərbi təmir obyektlərinin yaradılmasından tutmuş, mülki infrastrukturun yenidən qurulmasına və kiberhücumlardan müdafiə texnologiyasının tətbiqinə qədər onlarla layihə üzərində əməkdaşlıq edə bilərlər.
“BAE Systems” Böyük Britaniyanın Ukraynaya bağışladığı “L119” yedəkli silahların Ukraynada təmiri və saxlanması üçün Britaniyanın Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]