Britaniyada Mühafizəkarlar partiyasının reytinqi tarixi minimuma enib
Bakı, 5 mart, AZƏRTAC
Böyük Britaniyada hakim Mühafizəkarlar partiyasının dəstək reytinqi son 40 ilin ən aşağı səviyyəsinə enib.
AZƏRTAC xəbər verir ki, “Ipsos” tədqiqat kompaniyasının fevralın 21-dən 28-dək keçirdiyi son rəy sorğusunun nəticələrinə görə, respondentlərin yalnız 20 faizi hakim partiyaya dəstəyini ifadə edib. Rəyi soruşulan britaniyalıların 47 faizi isə müxalif Leyborist partiyasını dəstəkləyib. Eyni zamanda, respondentlərin 73 faizi Birləşmiş Krallığın hazırkı Baş naziri Rişi Sunakdan narazılığını bildirib.
Bu nəticə Böyük Britaniya hökumətinə rəhbərlik edən mühafizəkarlar üçün “Ipsos” kompaniyasının 1978-ci ildən bəri keçirdiyi sosioloji sorğular tarixinin ən aşağı göstəricisidir.
Sorğunun nəticələri etimad reytinqlərində leyboristlərin iqtisadiyyat, vergi, məşğulluq, ictimai xidmətlər və dövlət xərcləri kimi sahələrdə mühafizəkarları xeyli qabaqladığını göstərir. Biznes və maliyyə xidmətlərinə gəldikdə isə Mühafizəkarlar partiyasına daha çox etibar edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]