Britaniyalı alimlər sentyabr ayınadək koronavirusa qarşı peyvənd hazırlaya bilər
Bakı, 11 aprel, AZƏRTAC
Böyük Britaniyada COVID-19 koronavirusu əleyhinə peyvənd artıq cari ilin sentyabrında hazır ola bilər.
AZƏRTAC “Times” qəzetinə istinadla xəbər verir ki, bunu Oksford Universitetinin vaksinologiya professoru Sara Hilbert deyib. Koronavirusa qarşı vaksin üzərində çalışan tədqiqatçılar qrupuna rəhbərlik edən professorun sözlərinə görə, hər şey ideal alınsa peyvəndin hazırlanması sentyabr ayında başa çata bilər.
Sara Hilbert yaxın iki həftə ərzində peyvəndin klinik sınaqlarının başlanacağını bildirib.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bu gün Bakı vaxtı ilə saat 21:00-a olan məlumata əsasən, indiyədək dünyada 1 milyon 736 mindən çox yoluxma və 106 min 558 ölüm faktı qeydə alınıb, 393 minə yaxın insan isə COVID-19 xəstəliyindən sağalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]