BRİTANİYALI ÇARDAQDA BALACA YADPLANETLİ TAPMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Qardian” qəzetinin yazdığına görə, balaca yadplanetlinin 30 santimetr uzunluğunda, giləbənzər materialdan hazırlanmış və boz rəngə boyanmış zərif fiquru aşındırıcı mayenin içinə qoyulmuşdur. Fiqurun dördbarmaqlı ayağında ABŞ seriya nömrəsi həkk edilmişdir. Maraqlıdır ki, yadplanetli köhnə şüşə qabın içində “Deyli Mirror” qəzetinin 1947-ci il oktyabr tarixli nömrəsinə bükülüb saxlanılmışdır. Həmin ilin iyulunda ABŞ-ın Rozuell hərbi bazasının məmurları uçan boşqabın qalıqlarını tapdıqlarını bildirmiş, sonra həmin məlumatı təkzib etmişlər. Həmin dövrdə bu hadisə UNO-ya marağı daha da artırmışdı.
İrəli sürülən fərziyyələrdən birinə görə, yadplanetlini çardaqda yaxınlıqdakı ABŞ bazasında işləyən hərbçi unutmuşdur. B.Brumun sözlərinə görə, uzun illər bu evdə tənha qadın yaşamış və ola bilsin ki, çardağa qalxmamışdır.
ABŞ aviabazasının mətbuat katibi bildirmişdir ki, bazada yadplanetlilərin modeli heç vaxt düzəldilməmişdir. Seriya nömrəsi isə göstərir ki, o, hansısa muzeyin eksponatıdır.