BRİTANİYALI SANİTAR 17 ÖMÜRLÜK HƏBS CƏZASINA MƏHKUM EDİLMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə məhkum amnistiya almaq hüququ əldə edənədək azı 30 il həbsxanada olmalıdır. 25 yaşlı Benyamin Gin cinayətlərini 2003-2004-cü illərdə Oksfordşir xəstəxanasında törətmişdir.
Təhqiqatın məlumatına görə, Gin güclü təsir göstərən iynələri vurmaqla pasiyentlərin tənəffüsünü dayandırır, sonra isə reanimasiya tədbirlərindən həzz alırmış. Manyak-sanitarın pozğun əyləncələrinin qurbanı olmuş 2 xəstəni isə xilas etmək mümkün olmamışdır.
Ginin həmkarları uzun müddət xəstələrin çoxunda qəflətən tənəffüsün dayanmasının səbəblərini aydınlaşdıra bilməmişlər. Bu hadisələrin əksər hallarda məhz Ginin növbətçiliyi zamanı baş verdiyi müəyyən edildikdən sonra sanitardan şübhələnmişlər.
Gin 2004-cü ildə həbs edilmiş və bu zaman onun cibindən güclü təsir göstərən maddə doldurulmuş şprits tapılmışdır. Lakin təqsirini boynuna almamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]