Britaniyanın enerji naziri: İqlim dəyişikliyi ilə mübarizə milli təhlükəsizlik məsələsidir
Bakı, 12 noyabr, AZƏRTAC
Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend iqlim dəyişikliyinin qarşısını almaq üçün dünya liderlərinin birgə fəaliyyət göstərməli olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, britaniyalı nazir bununla bağlı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib. Nazir bildirib ki, COP29 zirvəsi ildə bir dəfə dünya liderlərini iqlim dəyişikliyi ilə bağlı hərəkətə keçirmək üçün bir fürsətdir və Birləşmiş Krallıq bu məsələdə həm daxili, həm də beynəlxalq səviyyədə fəal liderlik nümayiş etdirir.
Ed Milibend əlavə edib ki, Britaniya hökuməti iqlim təhlükəsizliyini milli təhlükəsizlik məsələsi kimi görür və gələcək nəsilləri iqlim dəyişikliyinin təhlükəsindən qorumaq üçün beynəlxalq əməkdaşlığın vacibliyinə inanır. "Biz yalnız özümüz üçün deyil, həm də qlobal təhlükəsizliyimiz üçün hərəkət etməliyik. Buna görə də COP29-a qatılaraq bu məsələni dünya liderlərinin diqqətinə çatdırmaq niyyətindəyəm," – deyə Milibend vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]