BRİTANİYANIN LLOYDS TSB ŞİRKƏTİ “AZƏRDƏMİRYOLBANK”A MƏSLƏHƏTLƏR VERƏCƏK
Beləliklə, yaxın 18 ay ərzində Britaniya şirkətinin mütəxəssisləri Azərbaycan bankının menecmentinə İİP-nin strateji vəzifələrinin yerinə yetirilməsində və bankın instutisional inkişafında kömək göstərəcəkdir.
Lloyds TSB-nin məsləhət xidmətləri “Azərdəmiryolbank”da İİP-nin həyata keçirilməsi üçün cavabdeh olan ayrıca qurumun yaradılması, İİP-nin gerçəkləşdirilməsi planının hazırlanması və onun həyata keçirilməsinin əlaqələndirilməsi, strateji planlaşdırma və biznes-planın hazırlanmasına və reallaşdırılmasına yardım, korporativ idarəçilikdə və təşkilat strukturunun təkmilləşdirilməsində keyfiyyətli standartların hazırlanmasına və gerçəkləşdirilməsinə yardım, informasiya texnologiyaları, mühasibat, risk menecmenti sahələrində bankın digər məsləhətçiləri ilə işin əlaqələndirilməsi və başqa məsələləri əhatə edəcəkdir.
Hazırda “Azərdəmiryolbank”ın strukturunun gücləndirilməsinə KFW-nin maliyyə yardımı ilə Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu da texniki kömək göstərir.