BRÜSSELDƏ GENDER ÜZRƏ KONFRANS KEÇİRİLMİŞDİR
BMT-nin Qadınlar üçün İnkişaf Fondu (YUNİFEM) və Avropa Komissiyası Brüsseldə “Gender bərabərliyi və milli inkişaf strategiyaları” mövzusunda konfrans keçirmişlər. Dünyanın bir çox ölkələrindən gender üzrə 130 mütəxəssisin qatıldığı tədbirdə Azərbaycanı Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Möminat Ömərova təmsil etmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, konfransda yoxsulluğun azaldılması, qadınların vəziyyətinin yaxşılaşdırılması, gender bərabərliyi və s. məsələlər müzakirə olunmuş, mövzu üzrə müzakirələr aparılmışdır.