Azərbaycan Dövlət İnformasiya Agentliyi

Brüsseldə Xocalı soyqırımı haqqında kitabın təqdimatı olub

Brüsseldə Xocalı soyqırımı haqqında kitabın təqdimatı olub

Bakı, 21 iyun, AZƏRTAC

Ümumdünya Qaçqınlar Günündə Brüsseldəki “Press Club Brussels Europe”da “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə” (“Khojaly Witness of a war crime - Armenia in the Dock”) adlı kitabın təqdimatı olub.

Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim, Avropa İttifaqı və Belçika diplomatları, mətbuat və QHT nümayəndələri, Azərbaycan diasporunun fəalları və beynəlxalq hüquq tərəfdarları iştirak ediblər.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, TEAS-ın Brüssel ofisinin direktoru Mark Vervilgen tədbirdəki çıxışına BMT-nin baş katibi Pan Gi Munun sözləri ilə başlayıb: “Qaçqınlar da başqaları kimi, sizin və mənim kimi adi insanlardır. Onlar deportasiyaya məruz qalmazdan əvvəl adi həyat tərzi keçirirdilər. Onların ən böyük arzusu yenidən öz evlərində və ölkələrində normal yaşaya bilməkdir”.

M.Vervilgen bildirib ki, bugünkü tədbirin əsas məqsədi bir milyon azərbaycanlının ədalətsizliyin qurbanı olması faktını buraya toplaşanların diqqətinə çatdırmaqdır. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini və doğma torpaqlarını zorla tərk etməli olublar. Bu, Avropada olan ən böyük məcburi köçkün kontingentidir. Azərbaycan dünyada adam başına düşən ən çox məcburi köçkünü olan ölkələrdən biridir.

Direktor qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, Avropa İnsan Haqları Məhkəməsinin və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistanın işğalçılıq siyasətini pisləməsi haqqında qəbul etdiyi müvafiq qətnamələrə baxmayaraq 20 ildən çoxdur ki, heç nə dəyişməyib.

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə” kitabından bəhs edən M.Vervilgen vurğulayıb ki, Ermənistan 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş kütləvi insan qırğını ilə bağlı etdiyi cinayətlərə görə məsuliyyətini inkar etməkdə davam edir. Bunlar hazırda Ermənistan prezidenti, o zaman isə səhra komandiri olan Serj Sarkisyan tərəfindən təşkil olunub.

Mən bu müharibənin həm şahidi, həm də qurbanıyam deyən səfir Fuad İsgəndərov vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalıb. Bir milyon azərbaycanlı öz torpağında məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Xocalı qırğını mülki əhaliyə çox böyük təsir göstərib. Ümumilikdə, 613 mülki şəxs öldürülüb. Ölənlər arasında qadınlar və uşaqlar da olub. Yüzlərlə insan itkin düşüb. Ermənilər öz evlərindən qaçmağa məcbur olan və ailə üzvlərini itirən dinc mülki əhaliyə atəş açıblar. Bu faciə 24 il bundan əvvəl baş verib. Xocalı faciəsi haqqında məlumatlı olmağınız bizə gələcəkdə bu cür faciəvi ssenarinin təkrarlanmasının qarşısını almağa yardım edəcək. Bütün beynəlxalq təşkilatlar qəbul edir ki, hazırkı status-kvo davamlı ola bilməz.

Kitabın ərsəyə gəlməsindən danışan nəşrin redaktoru İan Peart bildirib ki, ilk növbədə biz həqiqəti bərqərar etmək istəyirdik. Xocalı faciəsinə dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunan bu kitab kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə, sözün əsl mənasında, nadir bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür.

O deyib: “Biz güllələrdən qaça bilən, bəxti gətirmiş insanlardan müsahibə almağa nail olduq. Bu, inanılmaz dərəcədə çətin oldu. Ona görə ki, bu ifadələr həm müsahibə verənlər, həm də kitab tərtibatçıları üçün çox ağrılı idi. Gəlin rəqəmlər haqqında yox, insanlar haqqında danışaq. Məsələn, o vaxt 12 yaşında olan və qohumu ilə birgə canını qurtara bilən Yasəmən Həsənova haqqında. Onun atası özünümüdafiə qüvvələrinin sıralarında döyüşüb və sonradan həlak olub. Anası isə itkin düşüb. Bir neçə il sonra, o, anasının cəsədini televiziyada nümayiş etdirilən arxiv çəkilişlərdə görüb. O, quyudan su götürdüyü zaman güllə ilə vurulmuşdu. Yasəmən deyib ki, heç vaxt düşünməzdim kimsə anasının əsir götürülmədən öldürüldüyünə sevinə bilər”.

Hazırda Yasəmən müəllimədir. Şagirdləri ondan Xocalı haqqında soruşanda, o deyir ki, mən onlara Xocalının qədim tarixindən və necə gözəl şəhər olmasından danışıram. Xahiş edirəm, öz torpaqlarına qayıtmaq istəyən bu insanlara yardım etmək üçün bütün imkanlarınızdan istifadə edin.

Sual-cavab sessiyasında çıxış edən Ermənistanın Belçikadakı səfirliyinin diplomatının şərhinə İan Peart cavab verib. O deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Qara Bağ” (Black Garden) kitabında Ermənistan prezidenti Serj Sarkisyandan sitat gətirilir. Ondan Xocalı qətliamı haqqında soruşulanda o, cavab verib ki, Xocalıdan əvvəl azərbaycanlılar elə bilirdilər ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik.

İlk dəfə ingilis dilində nəşr olunan bu toplu 2014-cü ildə Londonun “İTHACA Press” nəşriyyatında işıq üzü görüb. Kitab rus, türk və fransız dillərinə tərcümə edilib. Kitab tanınmış Qərb nəşriyyatları tərəfindən Xocalı faciəsi haqqında çap edilən ilk topludur. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib