BTC-NİN İŞƏ DÜŞMƏSİ AZƏRBAYCANIN DÜNYA BİRLİYİNDƏ MÖVQEYİNİ GÜCLƏNDİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin növbəti buraxılışına həsr olunmuş mərasimdə bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi tarixi hadisədir. Bizim xalqımız, ölkəmiz, regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, regional əməkdaşlıq və Azərbaycanın dünya birliyində daha da güclü yerə malik olması üçün bu, əvəzedilməz hadisədir. BTC-nin işə düşməsi ilə Azərbaycanın bütün sahələrində inkişaf daha da güclü olacaqdır. İlin sonuna qədər Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi nəzərdə tutulmuşdur. Bu da Azərbaycana əlavə maliyyə imkanları gətirəcək və bölgədəki mövqeyinin möhkəmlənməsinə xidmət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]