Bu gün Azərbaycan Kubokunda daha dörd oyun keçiriləcək
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən “Şamaxı” doğma meydanda II Liqa təmsilçisi “Şəmkir”i qəbul edəcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 14:00-da başlayacaq. Eyni saatda daha iki görüş reallaşacaq. “Mingəçevir” “Zaqatala”nı, “Qaradağ Lökbatan” isə “Karvan”ı sınağa çəkəcək.
Günə 15:00-da start götürəcək “Şəfa” – “Difai” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, bu mərhələnin daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal”ı (3:1) “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" isə "Dinamo"nu (7:0) üstələyərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]