Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılmasının beşinci ildönümüdür

Bu gün Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılmasının beşinci ildönümüdür

Bakı, 7 fevral, AZƏRTAC

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılmasının beşinci ildönümüdür.

Son illər Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılması fonunda prioritet istiqamətlərdən hesab olunan kosmik sənaye davamlı inkişaf yolundadır. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” sayəsində 2013-cü il fevralın 7-də (Bakı vaxtı ilə fevralın 8-i) Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb.

Azərbaycanda hazırkı yerüstü rabitə infrastrukturuna alternativ olaraq peyk rabitəsinin əhəmiyyəti böyükdür.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Respublikanın televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırır. Hazırda Naxçıvan Muxtar Respublikası ilə fasiləsiz peyk rabitəsi “Azerspace-1” vasitəsilə təhlükəsiz və etibarlı şəkildə təmin edilir. Ölkədə geniş şaxələnmiş şəbəkəyə malik bir sıra dövlət qurumları arasında peyk rabitəsi “Azerspace-1” üzərindən təmin edilir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilir.

“Azerspace-1” peykinin texniki layihəsi hazırlanarkən Azərbaycanın coğrafi mövqeyi və digər texniki xüsusiyyətlər nəzərə alınıb, habelə peyk əlverişli 46° şərq uzunluğu orbital mövqeyində yerləşdirilib. Bunun nəticəsi olaraq, “Azerspace-1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir. Hazırda peyk üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bundan əlavə, “Azerspace-1” peyki respublika əhəmiyyətli kanallarla yanaşı, Dünya TV, ARB TV, ARB:24, ARB Ulduz və ARB Günəş kimi region kanalları üçün dünya yayımına çıxış imkanı yaradıb.

Azərbaycanda peyk xidmətləri bazarında lider olan “Azerspace-1” peyki digər ölkələrdə də aktivlik nümayiş etdirir. “Azerspace-1” peykinin dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var. “Azerspace-1” peyki teleradio yayımı sahəsində qonşu Gürcüstan bazarında lider mövqeyə və Türkiyədə özünəməxsus bazar payına sahibdir. Peyk Mərkəzi Asiyada müştərilərinin sayını artırmağa başlayıb. Data xidmətlərinin göstərilməsində isə Yaxın Şərq və Afrikada xüsusi aktivlik göstərir. Hazırda Reuters, MTV, National Geographic kimi media nəhəngləri və Birləşmiş Ərəb Əmirliklərinin aparıcı dövlət mobil operatoru olan “Etisalat” şirkəti ilə əməkdaşlıq edilir.

“Azərkosmos” operatoru olduğu “Azerspace-1” peyki vasitəsilə “Bakı-2015” birinci Avropa Oyunlarının, ötən ilin ən böyük idman hadisələrindən olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin, “2017 Formula-1 Azərbaycan Qran Prisi” yarışlarının görüntülərinin beynəlxalq yayım mərkəzlərinə ötürülməsi üzrə peyk yayım təchizatçısı funksiyasını həyata keçirib. Bunun nəticəsi olaraq “Azerspace-1” peyki “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilib. Beləliklə, “Azərkosmos” “Azerspace-1” peyki vasitəsilə oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyonlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb. Həmçinin “Azerspace-1” peykinin tutumlarından bir çox yerli və beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin - Gürcüstanda yüngül atletika üzrə Avropa çempionatı, Qırğızıstanda Dünya Köçəri Oyunları, Türkiyədə parlament seçkiləri və digər tədbirlərin yayımlanmasında istifadə olunub.

“Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları məbləğində gəlir gətirib.

İlk telekommunikasiya peykinin orbitə buraxılmasından ötən beş il ərzində Azərbaycanda “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” - Yer səthinin məsafədən müşahidəsi və “Azerspace-2” - telekommunikasiya peykləri, habelə peyk idarəetməsi üzrə yerüstü sistemlərin inkişafı istiqamətində digər müasir kosmik layihələr də həyata keçirilməyə başlanılıb. “Azərkosmos” ASC tərəfindən həyata keçirilən bu layihələr ölkənin informasiya və milli təhlükəsizliyinə, peyk xidmətlərin ixracı ilə ölkəyə valyuta gətirilməsinə, kosmik sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə və elmi tədqiqatların dəstəklənməsinə, ümumilikdə ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət edib və milli iqtisadiyyata birbaşa və dolayı faydalar verib.

2014-cü ilin dekabrında Fransanın “Airbus DS” şirkəti və “Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlığa dair saziş çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” “Azərkosmos” tərəfindən təhvil alınıb. Bununla da, “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.

“Azersky” peykinin kommersiya istismarında olduğu dövr ərzində 19 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Bu gün “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir. “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da Azərbaycanın suverenliyinin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. Belə ki, 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. İşğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da “Azersky” peykinin imkanları tətbiq edilib. 2015-ci ildə Xəzər dənizində “Günəşli” yatağında baş vermiş qəza nəticəsində neft çirklənmələri barədə xarici mətbuatda yayılan xəbərlərin əsassız olması operativ qaydada sübuta yetirilib.

Artıq iki ildir ki, “Azərkosmos” tərəfindən həyata keçirilən “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsi çərçivəsində elmi-tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumları təmsil edən tədqiqatçılara coğrafiya, dendrologiya, botanika, zoologiya, torpaqşünaslıq və aqrokimya kimi ən geniş sahələri əhatə edən innovativ elmi layihələrin həyata keçirilməsi məqsədilə “Azersky” peykindən əldə edilmiş təsvirlər təmənnasız olaraq təqdim olunur.

Yerin məsafədən müşahidəsi bazarında Azərbaycanın mövcudluğu və bu sahədə qurulan beynəlxalq əməkdaşlıq sayəsində xarici ölkələrin digər yüksək, çox yüksək və radar peyk təsvirlərinə də daha asan və sərfəli şərtlərdə çıxış imkanları əldə olunub. Bu imkanlardan istifadənin texniki cəhətdən də mümkünlüyünü təmin etmək məqsədilə Azərbaycan üzərindən keçən bütün peyklərdən təsvirlərin alınması üçün ölkədə Universal Yerüstü Stansiya istismara verilib.

Azərbaycanın kosmik peyk layihələrinin daha bir faydası da insan kapitalının inkişafına gətirdiyi töhfə ilə əlaqədardır. Hazırda bütün peyklərin idarə edilməsi Azərbaycan ərazisindən tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Bu isə peyk xidmətlərinin etibarlığının və təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, ölkədə yeni, texnoloji iş yerlərinin açılması, ölkədə və xaricdə təhsil almış yüksək potensiallı gənclərin işlə təmin edilməsi, onlara özünü reallaşdırma imkanının verilməsi və ölkədən “beyin axını”nın qarşısının alınması deməkdir. Bununla yanaşı, peyk layihələri yüksək texnologiyaların ölkəyə transferi, eləcə də kosmik proqramların idarə edilməsi, kosmik layihələrin müstəqil həyata keçirilməsi üzrə peşəkar bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə xidmət etməkdədir. “Azərkosmos” ASC toplanmış bu təcrübəni bölüşmək və gələcəkdə Azərbaycanda kosmik cihazların hazırlanması üzrə bilik və vərdişlərin gənclər arasında formalaşdırılması məqsədilə bu ildən Təhsil Nazirliyi ilə birlikdə tələbələr arasında “Cansat Azərbaycan” model peyk müsabiqəsinə start verib. Bu layihənin Azərbaycanda keçirilməsində əsas məqsəd ölkədə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır. Cari ildən etibarən start verilən “Cansat Azərbaycan” müsabiqəsi çərçivəsində ölkənin artıq 11 universitetindən 31 komanda qeydiyyatdan keçib.

Kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos” ASC-nin nəzdində Tədqiqat və İnkişaf Mərkəzi qurulub. Hazırda bu mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.

Bu ildən etibarən “Azərkosmos” ASC ölkədən kənarda da beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə beynəlxalq əməkdaşlıq aparmağa başlayıb. Kosmik layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın, xüsusilə də ixracın genişləndirilməsi Azərbaycanın beynəlxalq siyasi və iqtisadi nüfuzunun artmasına xidmət edir. “Azərkosmos” ASC-nin nümayəndə heyəti 2017-ci il 23-24 noyabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin ikinci iclasında fəal iştirak edib. Eyni zamanda, 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsünün rəhbərliyi layihələrində peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bunlarla yanaşı, Azərbaycan özünə məxsus peyk resurslarını regional və qlobal problemlərin həlli üçün digər ölkələrə təqdim etmək və eyni məqsədlər üçün digər ölkələrin peyk resurslarından istifadə etmək və beləcə dövlətlərarası qarşılıqlı münasibətlərin möhkəmlənməsi və inkişafına töhfə verə bilmək imkanlarına malikdir. Misal üçün, ötən il qonşu Gürcüstan ərazisində baş vermiş meşə yanğınları zamanı təbii fəlakət ərazisinin “Azersky” peykindən çəkilmiş təsvirləri operativ qaydada qonşu dövlətin müvafiq qurumlarına təqdim edib və dəymiş ziyanın qiymətləndirilməsi üzrə təhlillər vasitəsilə yardım edilib.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasından beş il sonra - 2018-ci ilin birinci yarısında “Azərkosmos” ASC-nin telekommunikasiya xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, həmçinin yayımın əhatə dairəsinin, xidmət çeşidinin və satışlarının həcminin artırılması məqsədilə Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace-2”nin orbitə çıxarılması planlaşdırılır. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxildir. Orbitdə istismar müddəti 15 il nəzərdə tutulan “Azerspace-2” həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. İkinci telekommunikasiya peykinin mövcudluğu irihəcmli tenderlərdə iştirak edərək irihəcmli sifarişlərin alınması, peyk tutumlarının çoxalması səbəbi ilə miqyas effektindən istifadə edilməsi və nəticədə “Azərkosmos”un bazarda rəqabətli mövqeyinin yaxşılaşdırması üçün imkanlar yaradır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib