Bu gün Azərbaycanın U-21 millisi Avstriya yığmasının qonağı olacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, millimiz A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gələcək. “Kayne Zorgen Arena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Belarusdan olan FIFA referisi Amin Kurqheli idarə edəcək.
Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığma 5-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]