Bu gün BMT-nin Ətraf Mühit üzrə Proqramının yaradılması günüdür
Bakı, 15 dekabr, AZƏRTAC
15 dekabr - BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) yaradılması günüdür.
AZƏRTAC xəbər verir ki, BMT-nin ətraf mühitin qorunması məsələləri ilə məşğul olan əsas orqanı hesab edilən UNEP 1972-ci ildə Stokholmda keçirilən ətraf mühitin qorunmasına həsr olunmuş birinci konfransda təsis edilib.
UNEP-in fəaliyyətinin əsas məsələlərinə qlobal ekoloji proqramın hazırlaması və BMT çərçivəsində onun reallaşdırılmasına yardım, Yer kürəsinin təbii mühitinin mühafizəsi, müdafiəsi ilə bağlı çıxışlar, qurumun digər bölmələr ilə əməkdaşlıq münasibətlərinin inkişafı, həmçinin vətəndaş cəmiyyətinin ekoloji fəaliyyətə cəlb edilməsi daxildir. UNEP-in himayəsi altında hər il Ümumdünya Ətraf Mühit Günü qeyd edilir. UNEP tərəfindən həyata keçirilən proqramlar müxtəlif ölkələrin hökumətlərinin könüllü surətdə etdiyi ödəmələr və BMT- nin büdcəsindən ayrılmış məbləğlərlə formalaşdırılan ekoloji fond tərəfindən maliyyələşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]