Bu gün COVID-19 əleyhinə 12 min dozadan çox peyvənd vurulub
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Azərbaycanda 12 min 403 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 998 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 6 min 319 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 941 min 341, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 1 min 669, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 442 min 475 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 497 min 197 nəfər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]