Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayır

Bu gün Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayır

Bakı, 27 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı başlayır. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Sentyabrın 27-dən 30-dək keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan - asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

X X X

Festival bu gün şairin doğulduğu Şamaxı şəhərindən start götürür. Burada İmadəddin Nəsiminin qardaşı Şaxəndan, eləcə də görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığı, Qafqazın ən qədim məscidlərindən biri, 743-cü ildə inşa edilmiş Cümə məscidi ziyarət olunacaq. Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi keçiriləcək, tədbirdə Xalq Artisti Alim Qasımovun musiqi ifası təqdim olunacaq. 

Eləcə də bu gün Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə, iki dildə - Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı var və ekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi-mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafik və numizmatika nümunələri nümayiş edilir. Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravüra hədiyyə etməsi muzey üçün əlamətdar hadisədir. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravüralar məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

Daha sonra Şamaxının Meysəri kəndində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqənin finalçılarının iştirakı ilə tədbir keçiriləcək. Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin üzə çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilir. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim edəcəklər. Münsiflər heyətinin qərarı ilə onlardan 17 nəfər final mərhələsinə keçib.

Meysəri kəndində, həmçinin “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı olacaq. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edir. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentlərlə bəzədilmiş libaslar nümayiş etdiriləcək. Tədbirdə Azərbaycanın “Le Gardiens du Silence” (“Sükut keşikçiləri”) qrupu kamil mənəviyyata və özünüdərkə səsləyən musiqilər təqdim edəcək. Müxtəlif mədəniyyətlərin kəsişdiyi ruhi-meditativ musiqi milli və xarici musiqi alətlərində ifa olunacaq.

Festivalın ilk günü Bakıda akustik və elektron musiqi axşamı ilə başa çatacaq. Proqram media rəssamlar Orxan Məmmədov (Azərbaycan) və Maotikin (Fransa) hazırladığı vizual effektlərin müşayiəti ilə təqdim olunacaq. Proqramda Elemaun (İran), Görkem Şen (Türkiyə), Hanoi Duo-Nguen Le (Vyetnam/Fransa), Ngo Hong Quang (Vyetnam), İrşad Hüseyn (Azərbaycan), Rabih Beaini (Livan/Almaniya), Əbdül Kərim (Livan), Sahib Paşazadə (Azərbaycan), Sati Kazanova (Rusiya) və “Ar Bard” dueti (Fransa) çıxış edəcəklər. Konsertdə mənəvi rahatlıq və kamilliyə səsləyən musiqilər ifa olunacaq.

Türkdilli mistik poeziyanın və fəlsəfənin inkişafında Nəsiminin roluna dair müzakirə

Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “ADA” Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə keçiriləcək. “Türkdilli mistik poeziyanın və fəlsəfənin inkişafında Nəsiminin rolu» mövzusunda tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Rusiya, Türkiyə və İrandan tanınmış tədqiqatçılar, türkoloqlar, nəsimişünaslar iştirak edəcəklər. Alimlər və tələbələr diskussiya şəraitində Nəsimi yaradıcılığı barədə müzakirə aparacaqlar.

Azərbaycan Xalça Muzeyində vətənə qaytarılan qədim xalçaların təqdimatı

Sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid “Naxçıvan” və XIX əsrə aid Qubanın “Hacıqayıb” xalçalarının təqdimatı keçiriləcək. Hər iki xalça Azərbaycan Xalça Muzeyinin “Nadir Azərbaycan xalça nümunələrinin tarixi vətəninə qaytarılması” layihəsi çərçivəsində muzeyə hədiyyə olunub.

XVII əsrə aid “Naxçıvan” xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib. Bu xalçanın ara sahəsi mücərrəd formalı “Çələbi” gölü və iri həcmli palmetta elementləri ilə bəzədilib. Naxışlarda ağ, qızılı, göy və digər rənglərin harmonik vəhdəti kompozisiyaya xüsusi gözəllik verir. Xalçanın iri ölçüsü, yüksək peşəkarlıqla yaradılmış kompozisiyası və rənglərin harmoniyası onun böyük karxanalarda xüsusi sifarişlə toxunduğunu sübut edir.

Qeyd edək ki, bu sənət nümunəsi Heydər Əliyev Fondunun muzeyə hədiyyə etdiyi üçüncü eksponatdır. Fond bundan öncə muzeyə XVII əsrə aid Qarabağın “Xətai” xalçasını və XVIII əsrə aid tikmə hədiyyə edib.

Təqdimat mərasimində “Muğam və Ruh” qrupu və Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı da çıxış edəcək.

X X X

Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsimi dühası müasir kontekslərdə” mövzusunda mühazirəsi olacaq.

X X X

Sentyabrın 28-də Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açılış mərasimi keçiriləcək:

“Live Life”

“Live Life” (“Canlı həyat”) sərgisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. 

Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Ekspozisiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, Azərbaycan rəssamları Məryəm Ələkbərlinin, Ayləl Heydərovanın, Nailə Sultanın, Rəhim Çopurovun, Timur Özdəmirovun əsərləri daxildir və onlar sərginin təqdim edildiyi bütün şəhərlərdə nümayiş olunub. Bundan əlavə, hər bir ölkədə keçirilmiş sərgidə iştirak etmək üçün yerli rəssamlar da dəvət olunmuşdu. Heydər Əliyev Mərkəzindəki sərgidə yerli rəssamlar Vasif Nəcəfzadənin və Xəzər Nəbiyevin də əsərləri təqdim edilir. Suriyada anadan olmuş akademik rəssam Andreas Əl Çreiki, Devid “Dante” Mçedlişvili (Gürcüstan), Viktor Semyonov (Rusiya), Cennifer Uestcon (Fransa) və Sabina Burmester (Almaniya) də Bakı sərgisinə qoşulublar.

“Hürufilik: incəsənət və identiklik”

“Hürufilik: incəsənət və identiklik” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun (Barjeel Art Foundation) kolleksiyası əsasında təqdim edilir. Sərgidə 30-dan çox rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələri nümayiş olunacaq. Eləcə də bir sıra ərəb ölkələrinin rəssamları Mədihə Ömər, Məhəmməd Xaddan, Kamal Bullata, Əhməd Mater və s. müəlliflərin əsərləri təqdim olunacaq. Ekspozisiyada, həmçinin Azərbaycanın Əməkdar Rəssamı Tərlan Qorçunun bir neçə tablosu nümayiş etdiriləcək.

Brayn İno. “77 milyon rəsm əsəri”

“Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Heydər Əliyev Mərkəzində ambient musiqi janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayn İnonun “77 milyon rəsm” musiqi və video-art instalyasiyası təqdim ediləcək. 

“77 milyon rəsm əsəri” İnonun yaratdığı vizual və səs elementlərinin saysız-hesabsız kombinasiyalarını özündə birləşdirir. “Rəsm əsərləri” tamaşaçının bilavasitə gözləri qarşısında alqoritmik şəkildə yaradılmaqla daim inkişaf etməkdə olan audio-vizual kaleydoskop tipli videoeffektləri formalaşdırır.

Bu əsər indiyədək Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun, Roma və digər şəhərlərdə nümayiş olunub.

Brayn İno (1970) britaniyalı musiqiçi, müğənni, musiqi nəzəriyyəçisi, səsyazma prodüseri və multimedia rəssamıdır. Müasir ambient musiqisinin banisi hesab olunur.

Brayn İno beynəlxalq aləmdə 1970-ci illərin əvvəllərində “Roxy Music” qrupunun yaradıcılarından biri kimi tanınıb. Qısa müddətdə onun birinci solo albomu işıq üzü görüb. O, prodüser kimi təxəyyül və bacarıqlarını “Talking Heads”, “Devo”, “Laurie Anderson”, “U2” və “Coldplay” qrupları vasitəsilə albomlarda reallaşdırıb.

İno, eyni zamanda, işıq və video ilə vizual eksperimentlər aparıb. O, öz işlərini Venesiya biennallesindən tutmuş, Sankt-Peterburq, Pekin və Sidneyədək dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib.

Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının rəsmi açılışı

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasimi sentyabrın 28-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirdə Nəsimi yaradıcılığından nümunələr təqdim olunacaq. Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı" və İsmayıl Hacıbəyovun "Memorial" əsərlərindən parçalar təqdim ediləcək. 

Açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı xüsusi layihə ilə çıxış edəcək. XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların yeni kompozisiyaları təqdim olunacaq

Mərasimdə, həmçinin Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif çıxış edəcək.

Tədbir Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı ilə başa çatacaq.

“Cosmic Love” qrupunun çıxışı

Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Rusiyanın “Cosmic Love” qrupu Bakıda çıxış edəcək. 

Kollektivin repertuarı ümumbəşəri sevgi və mənəvi oyanış mövzularına həsr olunan mahnılardan ibarətdir.

“Silsilə”. Rain Sultanov və İsfar Sarabskinin təqdimatında

Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycanın Əməkdar artistləri Rain Sultanov və İsfar Sarabski yeni musiqi layihəsi təqdim edəcək. “Silsilə” (“Cycle”) adlı layihə mənəviyyat və əbədi dəyərləri tərənnüm edir. 

Bu layihədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edəcək. Kamilliyin zirvəsinə səsləyən musiqi ifaçıları pak və ali hislər rəmzinə çevrilmiş orqan alətinə müraciət etməyə yönəldib. Layihəni təşkil edən “Planet”, “Simbioz”, “Ruh qayıdışı”, “Sükut” və s. pyeslər fəlsəfi üfüqlərə işarət edir.

X X X

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində tanınmış yoqa ustası Nandan Qautam (Nandan Gautam) ilə yoqa sessiyası keçiriləcək. N. Qautamın keçirdiyi məşğələlər özünün müəllifi olduğu musiqilərlə müşayiət edilir.

Azərbaycan Marionet Teatrında “UrbanNomadMixes” poeziya tamaşası

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Marionet Teatrında “UrbanNomadMixes” poeziya tamaşası təqdim olunacaq. 

Vyanada yaşayan və mənşələri dünyanın müxtəlif ölkələrindən olan şairlər öz çıxışlarında mədəni müxtəlifliyi mənəviyyatın şərti kimi ifadə edirlər. Niderland, Hindistan, İran, Filippin, Sudan və Suriyadan olan şairlər bir araya gələrək tamaşada bütün insanları birləşdirən əbədi mövzulara müraciət ediblər.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolatio” tamaşası

Sentyabrın 29-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolatio” teatr tamaşası təqdim olunacaq. Əsərin müəllifləri şairə Leyla Bəyim və kinorejissor, ssenarist Yefim Abramovdur. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Vaqif Əsədovdur. 

Pyes eyni ildə doğulmuş, eyni vaxtda dünyanın müxtəlif nöqtələrində - Şərqdə və Qərbdə, Azərbaycanda və Çexiyada yaşamış iki böyük mütəfəkkirə həsr olunub. İmadəddin Nəsimi (1369-1417) və Yan Qus (1369-1415) oxşar baxışlara, ideyalara, doğma dilin qorunması və inkişafına bənzər münasibətlərə sahib olublar.

Tamaşa Azərbaycan və rus dillərində təqdim olunacaq.

Nəsimi şeiriyyəti Bakı Kitab Mərkəzində

Sentyabrın 29-da Bakı Kitab Mərkəzində görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş mühazirələr təşkil olunacaq. Nəsimişünas Səadət Şıxıyeva “İmadəddin Nəsiminin şeirlərinə “nəzirələr”, ədəbiyyatşünas Rafael Hüseynov isə “Yaxın və Orta Şərq şeirində bənzətmə ənənəsi: bənzətmədə bənzərsizlik” mövzularında çıxış edəcək. 

Bakı Kitab Mərkəzində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Xəzər” poeziya birliyinin iştirakı ilə Nəsimi Şeir Məclisi olacaq. Tədbirdə Nəsiminin qəzəllərinə yazılmış nəzirə və təxmislər səslənəcək.

Şirvanşahlar sarayında musiqi layihəsi

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim olunacaq. Görkəmli alman bəstəkar Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus deb sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək. 

Qeyd edək ki, bəstəkar əsərdə bir not belə yazmadan, ifaçıları mənəvi cəhətdən ruhlandıran mətnlər tərtib edib. Musiqiçilər həmin mətnləri oxuyaraq sərbəst improvizələr edir və bu prosesdə onlar həm müəllifdən, həm də bir-birinin ifasından ilhamlanmış olurlar. Musiqiçilərin eyni məkanda deyil, saray kompleksinin bir-birindən aralı müxtəlif guşələrində yerləşdirilməsi sanki xəlvətlikdə, tənhalıqda həqiqəti dərketməni təcəssüm etdirir.

Layihədə fərqli mədəniyyət və üslubları təmsil edən musiqiçilər - Azərbaycandan Əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyublu və digər ölkələrdən Kudsi Erguner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato (Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.

Bakı bulvarında “DanceAbility”

Sentyabrın 29-da Dənizkənarı Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs nümayiş olunacaq. “DanceAbility Azərbaycan” təşkilatının üçhəftəlik təlimləri nəticəsində ərsəyə gələn bu çıxış zamanı həm sağlam, həm fiziki imkanları məhdud şəxslər rəqs və hərəkətlə özlərini ifadə etmək sevincini paylaşacaq. Bu rəqslər Bakı bulvarına Nəsiminin insanda ali və kamil bir məxluq görmək fəlsəfəsinin ruhunu gətirəcək.

X X X

Sentyabrın 29-da Beynəlxalq Muğam Mərkəzi mərakeşli xanəndə Əbdürrəhim Əbdülmömin və onun «Tanjerli Əndəlüs musiqisi» qrupunun konserti olacaq.

X X X

Sentyabrın 29-da, həmçinin Daş Salnamə Muzeyində dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi olacaq, ardınca isə sual-cavab sessiyası keçiriləcək.

Daş Salnamə Muzeyində “Bahariyyə”

Sentyabrın 29-da Daş Salnamə Muzeyində Nəsimi dühasından ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı musiqi layihəsi təqdim olunacaq. 

Səhnədə beş muğam ifaçısı ilə yanaşı, elektron musiqi ifaçısı da çıxış edəcək; Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Şirzad Fətəliyev (zurna və balaban), Kamran Kərimov (nağara), Fərhad Fərzəliyev (elektron musiqi və səs dizaynı).

Nəsimi festivalı İçərişəhərdə

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində həyata keçirilən «Şövq məqamları” layihəsi sayəsində İçərişəhərin müxtəlif məkanlarında Nəsimi poeziyası ilə qarşılaşmaq olacaq. Bu məqsədlə müasir texnologiyanın imkanlarından istifadə olunur. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə - məsələn, divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında, hətta “QR kod” texnologiyası əsasında hər hansı bir mənzərə üzərində “canlandırılaraq” izləyicinin qarşısına çıxır.

İçərişəhərdə müxtəlif rəssamların əsərləri, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək.

Festival çərçivəsində sentyabrın 29-da İçərişəhərdə Fənər parkının açılışı olacaq. Parkı bəzəyən fənərləri finlandiyalı işıq dizayneri Miya Kivinenin rəhbərliyi altında yerli tələbələr hazırlayıb.

X X X

Sentyabrın 30-da Nizami Kino Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən Azərbaycan Kino Marafonu - qısametrajlı film müsabiqəsinin yekun baxışı və qaliblərin mükafatlandırılması keçiriləcək.

Qala qəsəbəsində “Açılan divar”

Sentyabrın 30-da Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsi təqdim olunacaq. Layihədə 8 yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamı iştirak edir. Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamlar binanın divarları üzərində əsərlər yaradıblar.

Paraqvay orkestri Qalada

Paraqvayın məşhur “Recycling” orkestri Bakının Qala qəsəbəsində konsert proqramı təqdim edib. Uşaq və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti onun tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir.

“Daşın nəğməsi”

Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” III beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində yaradılan əsərlərin təqdimatı olacaq. 

Layihə Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşır.

Bu il simpoziumda 17 ölkədən 20 heykəltəraş iştirak edir. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, Suriya və Gürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. Heykəltəraşlar əsərlərini aqlay daşından Qala qəsəbəsində açıq səma altında yaradıblar.

“Tullantıdan sənətə”

Sentyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda eyni zamanda VII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq. 

Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşır.

Sərgidə 12 ölkədən ¬- Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bəhreyn, Oman, İran, Latviya, Bosniya və Herseqovinadan olan 27 incəsənət nümayəndəsinin əsərləri təqdim olunacaq. Sənət nümunələri məişət tullantılarından istifadə olunaraq hazırlanıb.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

X X X

Sentyabrın 30-da Azərbaycanın Xalq Artisti, bəstəkar Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” adlı musiqili tamaşası təqdim olunacaq.

X X X

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli bağlanış mərasimi Bakı Media Mərkəzində keçiriləcək. Burada “Mərhaba!” ədəbi-musiqili tamaşası təqdim olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri mükafatlandırılacaq.

X X X

Festivalda nasimifestival.live saytında əvvəlcədən qeydiyyatdan keçərək ziyarətçi kimi iştirak etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayaqlarıdır