Bu gün şahmatçılarımız Avropa çempionatının doqquzuncu turunda mübarizə aparacaqlar
Bakı, 4 aprel, AZƏRTAC
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında təmsilçilərimiz inamlı çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımızdan üçü - Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli və Qədir Hüseynov 8 turdan 6 xal toplayaraq 3-5-ci yerləri bölüşürlər.
Doqquzuncu turda Q.Hüseynov ermənistanlı Samvel Ter-Sahakyan, M.İsgəndərov Fransa təmsilçisi Jules Moussard, A.Qədimbəyli isə çexiyalı David Navara ilə görüşəcəklər.
Aktivlərində 5,5 xal olan Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abasov və Vüqar Əsədli də medal uğrunda mübarizəni davam etdirirlər. Yarış cədvəlinə isə aktivində 7 xalı olan almaniyalı Matias Blubaum başçılıq edir.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]