Bu gün Süveyş kanalından rekord sayda gəmi keçib
Qahirə, 2 avqust, AZƏRTAC
Bu gün Misirin Süveyş kanalından hər iki istiqamətdə rekord sayda gəmi keçib və yük daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Süveyş kanalı administrasiyasının sədri Mohab Mamiş mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Süveyş kanalının tarixində yeni rekord qeydə alınıb - 81 gəmi keçib və 6,1 milyon ton yük daşınıb.
M.Mamiş Süveyş kanalı vasitəsilə keçən tranzit gəmilərin sayının artmasının və daşınan yüklərin həcminin çoxalmasının əhəmiyyətini vurğulayıb, həmçinin bundan əldə olunan gəlirlərin artmasının ölkə iqtisadiyyatının inkişafına təsir etdiyini, habelə kanalın beynəlxalq dəniz ticarətinə verdiyi töhfəni diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]