Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə start verilir
Bakı, 14 aprel, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə start verilir.
AZƏRTAC xəbər verir ki, görüşlərdən biri Bakı vaxtı ilə saat 20:45-də, digər üç qarşılaşma isə 23:00-da başlayacaq.
Gecənin ilk matçı İtaliyanın “Atalanta” və Almaniyanın “Leyptsiq” komandaları arasında olacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
İspaniyanın “Barselona” klubu Almaniyanın “Ayntraxt” komandasını qəbul edəcək. Frankfurtdakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
İngiltərənin “Vest Hem Yunayted” klubu Fransada “Lion”un qonağı olacaq. Bu komandaların da ilk dueli bərabərliklə başa çatıb - 1:1. Portuqaliyanın “Braqa” klubu isə Şotlandiyada “Qlazqo Reyncers”lə üz-üzə gələcək. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanıblar.
Mərhələnin bütün görüşləri aşağıdakılardır:
20:45. “Atalanta” (İtaliya) - “Leyptsiq" (Almaniya) - ilk oyun - 1:1;
23:00. “Barselona” (İspaniya) - “Ayntraxt” (Almaniya) - 1:1;
23:00. “Lion” (Fransa) - “Vest Hem Yunayted” (İngiltərə) - 1:1;
23:00. “Qlazqo Reyncers” (Şotlandiya) - “Braqa” (Portuqaliya) - 0:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]