Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq
Bakı, 15 mart , AZƏRTAC
Martın 15-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mərhələnin oyunları çərçivəsində 8 görüş keçiriləcək. Günün maraqlı qarşılaşmalarından biri Londonda oynanılacaq. İtaliyanın “Milan” klubu səfərdə “Arsenal”ın qonağı olacaq. İspaniyanın “Atletiko Madrid” komandası isə Moskvada “Lokomotiv” ilə üz-üzə gələcək. İtaliyanın “Latsio” komandası doğma meydanda “Dinamo Kiyev” ilə qarşılaşacaq. “Zenit” klubu Almaniyanın “Leypsiq” komandasını qəbul edəcək.
Ümumiyyətlə, gün ərzində aşağıdakı qarşılaşmalar keçiriləcək:
“Zalsburq” (Avstriya) - “Borussiya” (Dortmunt,Almaniya) - ilk oyunun nəticəsi - 2:1
“Atletik” (Bilbao,İspaniya) - “Marsel” (Fransa) - 1:3
“Lokomotiv” (Rusiya) - “Atletiko” (Madrid,İspaniya) - 0:3
“Lion” (Fransa) - “ÇSKA” (Rusiya) - 1:0
“Arsenal” (İngiltərə) - “Milan” (İtaliya) - 2:0
“Zenit” (Rusiya) - “Leypsiq” (Almaniya) - 1:2
“Viktoriya” (Çexiya) - “Sportinq” (Portuqaliya) - 0:2
“Dinamo” (Ukrayna) - “Latsio” (İtaliya) - 2:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]