Bu günədək Türkiyədə 7 minədək insan koronavirusdan həyatını itirib
Ankara, 13 sentyabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə geniş mübarizədə tədbirlərə baxmayaraq, gündəlik yoluxma sayında azalma müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanları infeksiya ilə mübarizənin səmərə verməsi məqsədilə vilayətlər üzrə bəzi məhdudiyyətləri sərtləşdirməkdə davam edirlər.
Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 12-də ölkə üzrə 98 min 326 nəfər koronavirus testindən keçirilib. Onlardan 1509 nəfər xəstə çıxıb. Sutka ərzində 1207 nəfər sağalıb, 48 xəstə dünyasını dəyişib. İndiyədək infeksiyadan ölənlərin sayı 6 min 999 nəfərə çatıb.
Gündəlik ölüm halında da yüksəliş davam edir. Bu vaxtadək koronavirusa yoluxanların sayı 289 min 635 nəfərə çatıb. Təxmini hesablamalara görə, bu sürətlə bir həftə sonra yoluxanların sayı 300 mini ötəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]