Bu il Qaxın fındıq bağlarından 5,3 min tonadək məhsul yığılıb
Qax, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qax rayonunda fındıq bağlarından 5 min 293,8 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 2 min 113,8 ton artıb. Hər hektar fındıq bağından orta hesabla 8,5 sentner, yəni ötən ildəkindən 3,4 sentner çox məhsul götürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3 min 359 hektarda yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 209,5 hektardır. Bu bağların 6 min 228 hektarı barverəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]