Bu il Yevlaxda 30 hektar sahədə yeni meşələr salınmışdır
Yevlax, 10 iyul (AZƏRTAC). “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”a uyğun olaraq Yevlax rayonunda yeni meşə sahələri salınır.
Rayon meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ildə 30 hektar sahədə yeni meşələr salınmış, 27 hektarda bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 2 hektar sahədə müxtəlif cinslərdən 80 min ədəd qələm basdırılmış, 1 hektar sahədə Eldar şamı və sərv ağaclarından ibarət böyütmə sahəsi yaradılmışdır. 1,5 hektar sahədə tinglik səpilmiş, 100 min ədədə yaxın ağac tingi çıxarılaraq meşəliklərin salınmasında, eləcə də rayonda təşkil edilən ağacəkmə aksiyalarında istifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]