Bu yolda hərəkət qismən məhdudlaşdırılır
Bakı, 28 mart, AZƏRTAC
Təmir işləri ilə əlaqədar Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 81-ci kilometrindən Biləsuvar şəhərinə doğru ayrılan yol ilə hərəkət martın 29-da səhər saatlarından qismən məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qismən məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülər sözügedən istiqamət üzrə sıxlıq yaratmamaq üçün alternativ olaraq magistral yolun 111-ci kilometrindən Cəlilabad şəhərinə doğru ayrılan yoldan istifadə etməklə Biləsuvar şəhərinə və əksinə hərəkət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]