BUDAPEŞTDƏ TUFAN MİLLİ BAYRAMI FACİƏYƏ ÇEVİRMİŞDİR
Budapeştin bir neçə yüz min sakini milli bayram - Macarıstan Günü münasibətilə atəşfəşanlığa baxmaq üçün parlament binasının yaxınlığına, Dunay çayının sahilinə gəlmişdi. Həmin vaxt tufan qalxmış, şiddətli yağış yağmışdır. Sürəti saatda 100 kilometrə çatan külək ağacları kökündən qoparır, şüşələri sındırır və maşınları çevirirdi.
Yanğınsöndürənlərin sözlərinə görə, ağac tamaşaçıların üstünə yıxılanda azı iki nəfər həlak olmuşdur. Dunayda gəmilər toqquşmuş, nəticədə bir neçə nəfər suya düşmüşdür. Dörd nəfəri çaydan çıxarmaq mümkün olmuş, biri isə itkin düşmüşdür. Jurnalistlər üçün tribunanın damı uçarkən bir necə nəfər xəsarət almış, tamaşaçılardan birini isə ildırım vurmuşdur. Xəstəxanalara 200-dən çox yaralı gətirilmişdir, onların bir çoxu ağır vəziyyətdədir.
Meteoroloqlar bildirmişlər ki, onlar tədbirin təşkilatçılarına güclü tufanın yaxınlaşması haqqında xəbərdarlıq etmişlər, lakin heç kim şounu təxirə salmaq istəməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]