Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bugünkü dövrün məntiqi əsası, bünövrəsi Heydər Əliyevin fəlsəfəsidir

Bugünkü dövrün məntiqi əsası, bünövrəsi Heydər Əliyevin fəlsəfəsidir

Bakı, 8 may, AZƏRTAC

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ilini qeyd edəcəyik. Heydər Əliyevin irsini dərindən öyrənmək, təhlil etmək və gündəlik həyatında istifadə etmək hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı üçün çox əhəmiyyətli bir xəzinədir. Bu xəzinədə dövlətçilik, vətənpərvərlik, insansevərlik, millətçilik, parlamentarizm, demokratik inkişaf, insan hüquqları üçün vacib olan məsələləri tapmaq mümkündür. Hesab edirəm ki, azərbaycançılıq ideologiyası üçün bu fəlsəfənin daxilində həddindən artıq dəyərli ideyalar və fikirlər mövcuddur. Təbii ki, biz bunu öyrənməli, qorumalı və gələcək nəsillərə ötürməliyik.

Bu fikirlər Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidovun “Bugünkü dövrün məntiqi əsası, bünövrəsi Heydər Əliyevin fəlsəfəsidir” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Heydər Əliyev müstəqil Azərbaycanın siyasi rəhbərliyində 1993-2003-cü illərdə, yəni cəmi on il fəaliyyət göstərdi. Bu dövr Azərbaycan tarixinin qızıl həriflərlə yazılmış səhifəsinə çevrildi. Hər il qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü, yalnız Azərbaycanın siyasi qurtuluşunun tarixi deyil, bu tarix həm də Azərbaycanın xaosdan, ümumiyyətlə siyasi xəritədən silinmə təhlükəsindən faktiki xilas olunduğu tarixdir.

On il çox böyük bir müddət deyil, amma bu illər Heydər Əliyevin müstəqil Azərbaycana xidmət etməsi kvintessensiyasıdır. Bu kvintessensiya daxilinə onun hələ sovet dönəmində Azərbaycana xidməti öz əksini tapmalıdır. Ona görə ki, həmin dövrdə inkişafda Sovet İttifaqına daxil olan ölkələrin bir çoxundan geridə qalmış Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev, öz fəaliyyəti nəticəsində Azərbaycanı İttifaq çərçivəsində sonuncu yerlərdən, ən yüksək pillələrə ucaltdı.

Məhz o illərdə Azərbaycan üçün ən vacib məsələlərdən biri - dövlət dili məsələsi, yəni Azərbaycan dilinin dövlət dili kimi qəbul etdirilməsi idi. Həmin illərdə digər respublikalarda, müstəqillik ideyaları ilə çıxış edən insanların həbs edildiyi halda Azərbaycanda dissident hərəkatına, yəni müstəqillik haqqında düşünən insanlar həbs edilmirdi. Əksinə, Heydər Əliyevin fəaliyyəti, gələcəkdə Azərbaycanın müstəqilliyinə təkan və əsas yaradırdı. Bunun üçün yüzlərlə misal çəkmək olar. Bu nöqteyi-nəzərdən çıxış edərək, bu məsələni çox vacib və əhəmiyyətli olduğunu hesab edirəm. O dövrlərdə Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri idi. Həmin insanlara hansı münasibətin göstərilməsi ondan asılı idi. Bu səbəbdən də 1993-2003-cü illər təhlil edildikdə, onun sovet dövründə gələcək müstəqil Azərbaycan üçün gördüyü işlər də mütləq şəkildə qeyd edilməlidir.

Bu silsiləyə Azərbaycan tarixinin qanlı səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsinin səhəri Heydər Əliyev ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvada Azərbaycan nümayəndəliyinə gedərək Azərbaycana qarşı sovet rejimi tərəfindən törədilən cinayətlə bağlı verdiyi bəyanat daxildir. Bu tarixi nöqteyi-nəzərdən Heydər Əliyev fəaliyyətinin tamamilə başqa dövrüdür. Amma mən, qazandığımız müstəqilliyi təmin edən amillərdən söhbət edirəm, bu amillərin sırasına məhz həmin illərdə görülən işlərin bəzilərini daxil etmək mütləqdir. Bura Azərbaycana, həm də hələ Sovet İttifaqının tərkibində olan Azərbaycana, qarşı cinayət törədiləndə Heydər Əliyev oğlu ilə birlikdə bu cinayəti pisləyərək xalq ilə həmrəyliyini bildirməsi daxildir. Bu məsələlər meydana çıxmasaydı, onun cəsarəti olmasaydı, dünyada 20 Yanvar faciəsi, Azərbaycana qarşı törədilən cinayətlər haqqında bəlkə də indi tamamilə başqa bir fikir ola bilərdi. Amma belə bir şəxs, yəni Sovet İttifaqını idarə edən şəxslərdən biri, həmin ittifaqa daxil ölkəyə qarşı törədilən cinayətin iç üzünü açdı, mahiyyətini bütün dünyaya bildirdi.

Azərbaycanın müstəqilliyinin bərpasında sonra üçrəngli bayrağımızın ilk dəfə məhz Ulu Öndər tərəfindən Naxçıvanda yüksəldilməsi xüsusi qeyd olunmalıdır. Həmin illərdə Heydər Əliyevin həyatına bir neçə qəsdlərin edildiyi və təhlükənin olması göz qabağında idi.

Həmin dövrə Azərbaycanda başlamış vətəndaş müharibəsinin Ulu Öndərimiz tərəfindən qarşısının alınmasını da daxil etmək lazımdır. O, silahsız bir ağsaqqal, millətin nümayəndəsi, oğlu kimi vətəndaş müharibəsini başlamış əli silahlı qüvvələrə qarşı çıxış etdi və qalib gəldi. Silahla deyil, məhz sözlə, məntiqlə, adət-ənənə ilə qalib gəldi. Nəhayət, 1993-2003-cü illərdə görülən və Azərbaycan dövlətçiliyini, Azərbaycan suverenliyini, Azərbaycanın inkişafını təmin edən işlər özü-özlüyündə Azərbaycan tarixinə qızıl həriflərlə yazılmışdı.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə atəşkəs öz həllini tapdı. Bununla da Azərbaycanın artıq dövlətçiliyini qurmaq üçün imkanlar yarandı, bir il sonra 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, 1996-cı ildə Lissabon sammitində Azərbaycanın Dağlıq Qarabağ mövqeyi bir daha öz təsdiqini tapdı, həmin ildən Azərbaycanın Avropa Şurasına daxil olması ilə bağlı danışıqlar başladı. Həmin illərdə artıq BMT-də, ATƏT-də və başqa beynəlxalq təşkilatlarda bayrağını yüksəldən Azərbaycan bir neçə il sonra Avropa Şurasına daxil olaraq bayrağını yüksəldir. Elə həmin illərdə Azərbaycan Avropa İttifaqı ilə ilk müqaviləsini gündəmə gətirir və imzalayır. Bir məqama diqqət yetirin, biz hələ Avropa Şurasına daxil olmamışdıq, amma Avropa İttifaqı ilə münasibətlər formalaşmağa başlamışdı. Bütün bunları nəzərə alaraq bir daha qeyd etmək lazımdır ki, Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyində olduğu 1993-2003-cü illərə onun Azərbaycan üçün bütün həyatı boyu gördüyü fəaliyyət də daxil edilməlidir.

Heydər Əliyevin fəaliyyəti, onun həyatının müstəqil Azərbaycanın siyasətinin formalaşmasına təsir edən əsas məqamlar nəzərə alınaraq təhlil edilməlidir. Azərbaycançılıq ideologiyası, dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycan dövlətinin formalaşması və 1993-2003-cü illərdəki fəaliyyəti, 2003-cü ildə xalq tərəfindən seçilərək hakimiyyətə gələn yeni Prezidentin siyasətinin əsasını formalaşdırmış oldu. Tam əminliklə deyə bilərəm ki, bu illərdə Heydər Əliyevin həyata keçirdiyi siyasət olmasaydı, Azərbaycanın inkişafı əsla təmin edilməzdi. Azərbaycanın sovet dövründə neft-qaz potensialı yüksəlməsəydi, Bakı-Tbilisi-Ceyhan reallaşa bilməzdi, Bakı-Tbilisi-Ceyhan olmasaydı, Cənub Qaz Dəhlizi, TANAP, TAP mümkün olmazdı, Azərbaycan-Avropa istiqamətində əlaqələr inkişaf etdirilməsəydi, Bakı-Tbilisi-Qars dəmir yolu formalaşmazdı. Bu qəbildən olan misalları davam etmək olar.

Bu gün 2011-ci ildən üzvü olduğumuz BMT-nin daxilində miqyasına görə ikinci siyasi təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın 2019-2022-ci illər ərzində sədrlik edəcəyini fəxrlə deyirik. Bununla yanaşı, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi seçildi. Bu da Azərbaycanın potensialının göstəricisidir. Məhz bu gün Azərbaycan Heydər Əliyevin, onun bizə miras qoyduğu dəyər və xəzinə əsasında dünyada nailiyyətlər əldə edib və bundan sonra da edəcək. Ona görə də bu nöqteyi-nəzərdən biz bugünkü dövr haqqında danışmırıq, bugünkü dövr göz qabağındadır. Amma bugünkü dövrün məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin tərkibində axtarılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır