Bülənt Ovacık: Saxta xəbərlər yayımlanan zaman onların qarşısı operativ şəkildə alınmalıdır
Şuşa, 21 iyul, AZƏRTAC
Dezinformasiya, saxta xəbər Türkiyədə geniş şəkildə yayılıb. Bu, sosial media populyarlaşandan sonra başladı, lakin əvvəllər də bunu müşahidə etmək mümkün idi.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Demirörən Xəbər Agentliyinin baş direktorunun müavini Bülənt Ovacık söyləyib.
"İlk növbədə, eşitdiklərimizə inanmamalı, əsas mənbəni tapmalı və xəbəri mütləq şəkildə təsdiqləməliyik. Təbii ki, şəffaflıq da vacibdir. Şəffaflıq olmadan dezinformasiya təbii ki, böyüyür və ölkələrdə ciddi problemlərə çevrilir", - deyə o bildirib.
Müharibə dönəmlərində feyk-nyusların yayılmasının bütün dünyada müşahidə edildiyini deyən B.Ovacık qeyd edib ki, saxta xəbərlər yayımlanan zaman onların qarşısı operativ şəkildə alınmalı, doğru informasiya verilməlidir. Yalnız bu yolla həmin problemlərin həll yolunu tapmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]