MƏDƏNİYYƏT
“Bunları bilmək istəyirəm” uşaq ensiklopediyası balaca oxuculara tövsiyə olunub
Bakı, 6 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə yaradılan #kitabxanaçıtövsiyəsi rubrikasında Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Zəhra Nağıyeva izləyiciləri “Bunları bilmək istəyirəm” adlı uşaq ensiklopediyası ilə tanış edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, ensiklopediyada gənc oxucu onu maraqlandıran suallara cavab taparaq yeni, maraqlı məlumatlar öyrənəcək. Kitabda təbiətin sirləri, tarixi hadisələr, kəşflər və ixtiralar, dahi şəxsiyyətlər və s. haqqında maraqlı məlumatlar toplanıb.
Çoxsaylı rəngli şəkillər qısa və dolğun yazılmış mətnləri aydın başa düşməyə imkan yaradır.
Ensiklopediya haqqında tövsiyə ilə kitabxananın sosial şəbəkə hesablarından tanış ola bilərsiniz.