Bürünc medal qazanan güləşçi: Çəkdiyim əziyyətin bəhrəsini gördüm
Bakı, 19 fevral, AZƏRTAC
İlk dəfə olaraq böyüklər arasında keçirilən Avropa çempionatında iştirak edirdim. Yeni keçdiyim 61 kiloqram çəki dərəcəsində üçüncü yarışım idi. Sevindirici haldır ki, burada da qalib gəlməyi bacardım. Çəkdiyim əziyyətin bəhrəsini gördüm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanan Nurəddin Novruzov jurnalistlərə açıqlamasında deyib.
Yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı heç bir həyəcan hiss etmədiyini bildirib. Dörddəbir finalda rusiyalı dünya və Avropa çempionu Abasqadji Maqomedovla görüşdə məğlub olmasına toxunan Nurəddin Novruzov bildirib: “Ümid edirəm ki, gələcəkdə həmin idmançı ilə yenidən qarşılaşaram və bu dəfə qələbə qazanan tərəf mən olaram".
Qeyd edək ki, Avropa çempionatında 1 gümüş və 6 bürünc qazanan sərbəst güləş üzrə Azərbaycan millisi 122 xalla komanda hesabında üçüncü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]