Bütün liderlər Avropa Kubokuna gedirlər
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 22-23-də Minskdə keçiriləcək Avropa Kuboku Azərbaycan komandası üçün Budapeştdə dünya çempionatı ərəfəsində son hazırlıq mərhələsi olacaq.
AZƏRTAC xəbər verir ki, Belarusa Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov (dördü də 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və Elxan Məmmədov (100 kq-dan yuxarı) yola düşəcəklər.
Yığmada bəzi liderlərin çəkisi çaşqınlıq yaratmamalıdır - onlar bilərəkdən yuxarı kateqoriyada çıxış etmək üçün müraciət ediblər ki, yarışdan əvvəl çəkilərini bir daha azaltmasınlar.
Avropa Kubokunda qadınlardan ibarət komandamızı Bazarrça Erdenebat (48 kq), Səkinə Zahirova (57 kq), Gülsədəf Kərimova, Nuriyə Axundova, Kristina Jukavets (hər üçü 63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]