Buxarest Milli Opera Teatrında böyük uğur
Bakı, 2 may, AZƏRTAC
Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən ifa olunan əsər rumın dinləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, əsərdə baş rollar Buxarest Opera Teatrının solistləri - Madelen Pasku (Abiqayl), Luçian Petrean (Nabukko), Marius Boloş (Zaxariya), Oana Andra (Fenena), Andrey Petre (İzmail) və digər tanınmış müğənnilər tərəfindən təqdim olunub. Tamaşada teatrın simfonik orkestri, xor və balet heyəti də yer alıb. Operanı dinləməyə gələn qonaqlar sırasında Rumıniyanın tanınmış elm və sənət xadimləri ilə bərabər, məşhur incəsənət nümayəndələri də var idi.
Operanın ifasından sonra Buxarest Milli Opera Teatrının direktoru, tanınmış dirijor Daniel Jinqa ilə Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri Əyyub Quliyev arasında görüş olub.
Qeyd edək ki, bu ilin fevral ayında Buxarestin Milli Opera Teatrının rəhbərliyinin Bakıya rəsmi səfəri zamanı iki opera teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanıb.