Buzovna, Mərdəkan və Şuvəlan qəsəbələri ərazisində 100 ədəd Eldar şamı əkilib
Bakı, 16 fevral, AZƏRTAC
Paytaxtın Xəzər rayonunun ərazisində yaşıllıq zolaqlarının salınması və genişləndirilməsi, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə əsas prospekt və küçələrdə yaşıllaşdırma tədbirləri aparılır, qurumuş ağaclar yeniləri ilə əvəz edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Buzovna-Mərdəkan avtomobil yolunun Buzovna, Mərdəkan və Şuvəlan qəsəbələri ərazisində təşkil olunan yaşıllaşdırma tədbirində 100 ədəd Eldar şamı ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənərək abadlıq işləri aparılıb.
Qeyd edək ki, hazırda rayonun bütün qəsəbələrində başlanmış abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.