Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbi Bəhramov: Rusiyanın hərbi kartoqrafları tərəfindən tərtib olunan xəritələrdə Ermənistan adına rast gəlinməyib

Cəbi Bəhramov: Rusiyanın hərbi kartoqrafları tərəfindən tərtib olunan xəritələrdə Ermənistan adına rast gəlinməyib

Bakı, 17 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda etdiyi çıxışda Azərbaycan tarixinə dair məsələlərə, xüsusilə də Qərbi Azərbaycan mövzusuna da yer verilib. Ölkə başçısının xəritələrlə bağlı söylədiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Uzun müddətdir ki, əsasən də dövlət müstəqilliyimizin bərpasından sonra toponimlərlə əlaqədar məsələlər elmi-tədqiqat işimizin istiqamətini təşkil edir. Prezident İlham Əliyevin dediklərində çox böyük həqiqət var. Çar Rusiyası Azərbaycanın şimal ərazilərini işğal etdikdən sonra bizim torpaqlarımıza ermənilərin kütləvi surətdə köçürülməsi prosesi baş verib. Köçürülmə prosesi 1830-cu ildən başlayaraq 1982-ci ilə qədər davam edib. Hətta 1993-cü ilə qədər işğal edilmiş ərazilərimizə Suriyadan, İraqdan və digər yaxın şərq ölkələrindən erməniləri köçürüblər. Həm çar Rusiyası, həm sovet Rusiyası, həm də Rusiya Federasiyası erməniləri himayə edir, onlara pulsuz silah verirdi. Buraya köçürülən ermənilər Rusiya hökumətinə arxalanaraq yerli əhalinin təməl hüququnu pozub, bizim milli-mədəni irsimizə qarşı cinayət törədiblər. UNESCO tərəfindən 1954, 1970, 1972, 1993, 2003-cü illər və sonrakı dövrlərdə xüsusi konvensiyalar qəbul edilib. Onların bütün bəndlərində ermənilər tərəfindən Qərbi Azərbaycanda törədilən cinayətlər beynəlxalq cinayət hesab olunur. Ona görə də təbii ki, bizim təməl hüququmuz pozulub. Bunu bərpa etmək üçün bizim o torpaqlara qayıdış haqqımız var.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri Cəbi Bəhramov deyib.

Sovet Rusiyasının Azərbaycanı işğal edəndən sonra 20,8 kvadratkilometr ərazini Azərbaycan xalqından soruşmadan Ermənistan SSR-in tərkibinə verdiyini bildirən C.Bəhramov fikirlərinə belə davam edib: “Bu, cinayətdir. Bununla yanaşı, bizim ərazilərin adlarına da müdaxilə edilib. Yəni, yaşayış məskənlərinin, o cümlədən çayların, göllərin, dağların adları dəyişdirilib. Göyçə gölü Sevan gölü adlandırıldı. İrəvan şəhərinin adını 1936-cı ildə dəyişdirərək Yerevan qoydular. Həmin ərazinin tarixini tamamilə saxtalaşdırdılar. Vaxtilə SSRİ hakimiyyətini quranlar tarixşünaslıqda da saxtakarlığa əl atdılar. Bununla əsaslandırmağa çalışdılar ki, guya ermənilər buranın yerli əhalisidir. Lakin elmi dəlillər əsasında sübut edilib ki, ermənilər buranın yerli əhalisi deyil, köçürülmədir. Tarixi torpaqlarımızdakı adların dəyişdirilməsi cinayətin üstünə cinayətin gəlməsi deməkdir. Ona görə də biz Qərbi Azərbaycana qayıdarkən kəndlərimizin, şəhərlərimizin, yaşayış məntəqələrimizin, dağlarımızın, yaylaqlarımızın öz adını bərpa etmək niyyətindəyik. Biz oraya insanlıq hüququmuzu bərpa etmək üçün gedəcəyik”.

Şöbə rəhbəri vurğulayıb ki, əlimizdə 1801-ci ildən sonrakı dövrün, yəni, çar Rusiyasının, Sovet Rusiyasının işğalından sonrakı xəritələr var. Onlar Rusiyanın hərbi kartoqrafları tərəfindən tərtib olunan xəritələrdir. “Orada nə Ermənistan deyilən bir subyektin adı var, nə də Göyçə gölünün adı dəyişdirilməyib. Ona görə də bizim o ərazilərdə legitimlik hüququmuz pozulub. 19-cu əsrin birinci yarısında işğal zamanı həmin torpaqların yerli əhalisi olan azərbaycanlıların xeyli hissəsi öz dədə-baba yurdunu tərk etməyə məcbur olub, bir hissəsi isə qətlə yetirilib. Bu məsələ ilə bağlı kompleks şəkildə araşdırmalar, xəritələr tərtib olunur. Bizim orta məktəblər üçün nəşr etdiyimiz atlaslar var. Buraya ən qədim dövrlərdən bugünə qədər olan müddəti əhatə edən 89 xəritə salınıb. Prezidentin çağırışı ilə əlaqədar “Qərbi Azərbaycanın tarixi coğrafiyası” monoqrafiyası hazırlanıb və burada real tarixi həqiqətlər öz əksini tapıb. Dövlətimizin başçısının tarixi məsələlər, xüsusilə Qərbi Azərbaycanla bağlı söylədiyi fikirlər bizim üçün bir növ “yol xəritəsi”dir. Biz bu istiqamətdə tədqiqatlar aparır, araşdırmalarımızın rus, ingilis və digər dillərə tərcümə olunmasını təmin edirik. Onu da qeyd edim ki, arxiv sənədlərinin toplusunu tərtib etdik və azərbaycanlıların deportasiyası haqqında 14 səhifəlik məqaləni Slovakiyada ingilis dilində impakt faktorlu jurnalda çap etdirdik. Bunun özü artıq böyük bir nailiyyət kimi qəbul edilə bilər. Həmin məqalə Avropa oxucusu üçün çox geniş bir materialdır. Ermənilər müqavimət göstərsələr də, həqiqət elədir ki, bütün maneələri aşıb keçir. Biz öz haqqımızı Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi Qərbi Azərbaycanda da bərpa edəcəyik. Ermənistanın və havadarlarının xoşuna gəlsə də, gəlməsə də, biz buna nail olacağıq”, - deyə C.Bəhramov diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar